"Neftçi" ÇL-in ikinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena"da Gürcüstan çempionu "Zestafoni"ni 3:0 hesabı ilə məğlub etdi. "Ağ-qaralar"ın bu inamlı qələbəsinə azarkeşlərin rolu da böyük oldu.
Korner.az-ın məlumatına görə, "Sektor 11" Azad azarkeş qrupu və "Ultraslan" fan-klubu "Dalğa Arena"da göstərdikləri şou ilə futbolçularıl ruhlandırdı.
Tiflisdəki cavab oyununda da paytaxt klubunu yalnız qoymayacaq "Sektor 11" Azad azarkeş qrupunun rəhbəri Elnur Şərifli saytımıza açıqlamasında bunları dedi:
"İyul ayının 23-ü axşam 23:00-da Bakıdan Gürcüstana yola düşəcəyik. Bir avtobus azarkeşlə gedəcəyimiz dəqiqdir. "Neftçi" rəhbərliyinə müraciət etmişik ki, ikinci avtobusu da bizim üçün təşkil etsin. Qəşəng planımız var. Qoy o Tiflis sürprizi kimi qalsın".
