“Neftçi”nin oyununun vaxtı dəyişdi
05.07.2022 , 14:27

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin sabah “Sakaryaspor”a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Oyun nəzərdə tutulduğu kimi saat 17:00-da deyil, 15 dəqiqə tez başlayacaq. Bu qərar komandaların qarşılıqlı razılığı ilə qəbul olunub.
“Neftçi” Boluda daha 2 yoxlama matçı keçirəcək.
