“Neftçi”nin oyununun vaxtı açıqlandı
10.08.2020 , 19:26

“Neftçi”nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyununun başlanma saatı müəyyənləşib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Şimali Makedoniyanın “Şkupi” klubu ilə avqustun 27-də matç saat 20:00-da start götürəcək.
Qeyd edək ki, görüş “Bakcell Arena”da keçiriləcək
