Gələn həftə Azerbaycan Premyer Liqası star götürəcək.
Korner.az– ın məlumatına görə , ilk turun təqvimində dəyişiklik olacaq. "Neftçi"nin Çempionlar Liqasında çıxışı ilə əlaqədar Peşəkar Futbol Liqası (PFL) klubun “Bakı” ilə matçını təxirə salıb.
Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının III mərhələsində İsrailin “Hapoel” klubu ilə üz-üzə gələcək. İlk oyun avqustun 1-də İsraildə, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.
