“Neftçi”nin oyunu ilə bağlı dəyişiklik
02.03.2021 , 19:42
“Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında III dövrənin XIX turunun oyunu “Neftçi” – “Keşlə”, IV dövrənin XXV turunun görüşü isə “Keşlə” – “Neftçi” olacaq.
Korner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
