“Neftçi”nin oyunçusu milliyə dəvət aldı
10.10.2023 , 14:16
“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub.
Korner.az xəbər verir ki, 26 yaşlı futbolçu yığmanın heyətində oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.
Qeyd edək ki, Kilan Lebon Sent Martin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.