“Neftçi” bu gün Ukrayna klubu ilə qarşılaşacaq
Korner.az-ın məlumatına görə, “Neftçi” PFK Antalya təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
“Flaqman” Ukraynanın “Volın” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
Qeyd edək ki, “Neftçi” Antalyada üç yoxlama oyunu keçirib. Komandamız Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə üz-üzə gəlib.
