Avstriyada təlim-məşq toplantısında olan "Neftçi” bu ölkədə hazırlıqlarını davam etdirir. Korner.az-ın məlumatına görə, Çempionlar Liqasında "Zestafoni" ilə qarşılaşacaq Böyükağa Hacıyevin yetirmələri toplanış çərçivəsində daha bir rəqiblə yoxlama matçı keçirəcək. Bu dəfəki rəqib Rumıniyanın ən tanınmış klubu olan “Styaua”du.
