"Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İtaliyanın "İnter" klubu A seriyasında növbəti oyununu keçirdib.
Korner.az-ın məlumatına görə, Milan şəhərinin təmsilçisi doğma azarkeşlər önündə “Syena”nı qəbul edib.
İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın ikinci yarısında Vergassola və Valianinin qolları "Syena"ya çətin səfərdə 3 xalı qazandırıb.
Qeyd edək ki, “Neftçi” – ”İnter” oyunun oktyabr ayının 4-də keçiriləcək.
