“Neftçi”nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Mübariz Zeynalov vəfat edib.
Korner.az-ın məlumatına görə, bu barədə “ağ-qaralar”ın rəsmi “facebook” səhifəsində xəbər verilib.
Qeyd edək ki, 70 yaşlı M.Zeynalov əməliyyat olunmuşdu. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
