“Neftçi” səfər matçı öncəsi azarkeşlərinə müraciət edib.
Korner.az-ın məlumatına görə, “Neftçi” Makedoniyada və ona yaxın ölkələrdə yaşayan həmvətənlərimizi “Shkendija” – “Neftçi” matçını izləməyə dəvət edir. Oyuna gələcək azarkeşlər klub tərəfindən biletlə təmin olunacaqlar.
Qeyd edək ki, “Shkendia” – “Neftçi” oyunu iyulun 21-də saat 20:00-dan (Bakı vaxtı ilə saat 22:00-dan) etibarən Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşən “Filip II Makedonski” stadionunda keçiriləcək.
