big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Neftçi”nin MŞ-si: Aqressiv sədr, 1 ildə 3 Şura üzvü dəyişən klub və… (BİRİNCİ YAZI)

03.07.2016 , 12:50

“Neftçi” AFFA İcraiyyə Komitəsinin klublarda müşahidə şuralarının yaradılması ilə bağlı qərarını icra edən ikinci Premyer Liqa klubu oldu – qərardan 2 il sonra. 2015-ci il martın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində klubun Müşahidə Şurasının iclası keçirildi və üzvlər seçildi…

İkisi getdi, üçü gəldi, biri yenə getdi…

Qərara alındı ki, Müşahidə Şurasına Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik etsin. Əvvəlki prezident Sadıq Sadıqovla yanaşı, Şuraya veteran futbolçular Mübariz Zeynalov və Səməd Qurbanov, baş sponsor SOCAR-dan vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov və Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov, habelə rejissor-aktyor Bəhram Bağırzadə üzv seçildilər. Çoxları o vaxt bu gedişatın Sadıq Sadıqovun klubdan uzaqlaşması ilə nəticələnəcəyini ehtimal edirdi və çox keçmədən bu ehtimal özünü doğrultdu. Elə həmin ilin oktyabrında Sadıqov işlərinin çoxluğunu əsas gətirərək Müşahidə Şurası üzvlüyündən imtina etdiyini açıqladı. Hərçənd bu gediş də “Neftçi”nin hazırkı rəhbərliyinin ona qarşı açdığı cəbhəni aradan qaldırmadı, əksinə, istər Mpenza məsələsi, istərsə də digər uğursuzluqlarda Sadıq Sadıqov hakimiyyəti günahlandırıldı – birbaşa və atmacalı açıqlmalarla. Belə görünür ki, son aylar tərəflər “atəşkəs” elan ediblər. Ola bilər ki, “Neftçi”nin hazırkı rəhbərliyi sonuncu mövsümdəki rəzil çıxışdan sonra bütün məsuliyyəti özünün daşıdığını, nəhayət, dərk edib və “qınına” çəkilib. İnandırıcı deyil, ancaq çalışaq, inanaq…
Sadıqovun gedişinə qədər isə Müşahidə Şurası daha bir üzvünü itirmişdi – Mübariz Zeynalov 2015-ci ilin avqustunda 70 yaşında dünyasını dəyişmişdi. Oktyabrda isə sədr Çingiz Abdullayev Şuraya 3 üzvün qəbul olunduğunu açıqladı. Bunlar: "Neftçi"nin yetirməsi olmuş Əsgər Abdullayev, Azərbaycanın Dövlət mükafatı Laureatı, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar, pianoçu Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov idi. Sonradan baş məşqçi postunda da sınanılan Abdullayev bu il martın 5-də o postdan, 10 gün sonra isə MŞ üzvlüyündən istefa verdi.
Beləliklə, hazırda klubun Şurasında yer alanların təqdimatı…

Tanıtım

Çingiz Abdullayev – 1959-cu il aprelin 7-də Bakı şəhərində anadan olub, Bakıda 189 saylı şəhər məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb, sonralar Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 
1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb, 30 dilə tərcümə olunub. 194 adda kitabın müəllifidir. Beynəlxalq Yazıçılar İttifaqının həmsədri və Milli Kitabxananın Müşahidə Şurasının sədridir. Əsərlərinə 8 bədii film və 2 serial çəkilib. 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis dillərini bilir. Müşahidələr göstərir ki, tənqidə qarşı dözümsüz, hətta aqressiv münasibət göstərir. Kluba yeni gəldiyi günlərdə onu tənqid edən jurnalistlər barəsində “milçək abidəyə nə edə bilər” sözlərini ifadə etməsi, ardınca onun rəhbərlik etdiyi və Azərbaycanın Ədliyyə Nazirliyində “Beynəlxalq Pen təşkilatı Azərbaycan Pen klubu” adı ilə qeydiyyatdan keçən təşkilatın Beynəlxalq PEN kluba üzv olmadığı ilə bağlı korner.az-ın ötən il apardığı araşdırmadan sonra bizi “milli xain” adlandırması, bugünlərdə sözügedən təşkilatın ölkə ədəbiyyatı üçün heç bir iş görmədiyini söyləyən yazıçı Şərif Ağayarla bağlı dediyi sözlər dediklərimizə əyani sübutdur… 

Səməd Qurbanov – 1953-cü il iyulun 10-da Qazax şəhərində anadan olub. "Neftçi”nin heyətində SSRİ çempionatlarında 361 dəfə meydana çıxıb ki, bu göstəriciyə görə komandanın tarixində onu ancaq Sergey Kramarenko və Əsgər Abdullayev qabaqlayır. Futbolçu karyerasını yalnız "Neftçi”də keçirən azsaylı oyunçulardandır. Komandanın heyətində ilk oyuna 1972-ci ildə çıxıb. 19 yaşlı Qurbanov qısa zamanda əsas heyət oyunçusuna çevrilib, yüksək sürətinə görə azarkeşlər tərəfindən "Jiquli” ləqəbini qazanıb. SSRİ ikinci və olimpiya yığmasına dəfələrlə çağırılan Qurbanov, 1981-ci ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusunun siyahısında yer alıb, 1983-cü ildə isə "Futbol-Hokkey" həftəliyinin SSRİ-nin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda "Neftçi”nin səs alan yeganə futbolçusudur.
Oyunçu karyerasını 1984-cü ildə bitirib. 
31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının üzvüdür. Qalmaqala meyilli deyil, müsbət xarakteristikaya sahibdir.

Zaur Qəhrəmanov: 1982-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisadi Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsinin məzunudur, Çikaqo Universitetinin Booth Biznes Məktəbində Biznes İdarəetmə Magistri (MBA) dərəcəsinə yiyələnib.
İş fəaliyyətinə Bakıda, KPMG şirkətində vergilər üzrə mütəxəssis vəzifəsində başlayıb. Daha sonra "Statoil” şirkətində vergilər və hüquq üzrə məsləhətçi postunda çalışıb, 2007-2008-ci illərdə həmin şirkətin Oslodakı baş ofisində fəaliyyət və iqtisadi üzrə təhlilçi vəzifəsini yerinə yetirib.
2008-2012-ci illər ərzində Cenevrədə (İsveçrə) SOCAR Trading Qrupunun baş maliyyə direktoru vəzifəsində çalışıb. 2013-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəis muavinidir. "SOCAR Turkey Energy" şirkətinin İdarə Heyətinin 25 aprel 2016-cı il qərarı ilə təşkilatın baş direktoru təyin edilib. 
31 mart 2015-ci ildən "Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir. Ailəlidir, iki övladı var.
Sürətli karyera yüksəlişində nə qədər rolu olub, bilmirik, ancaq Zaur bəyin SOCAR-ın 2010-cu ildən Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun oğlu oduğunu qeyd etməliyik. Diqqət çəkən məqam isə odur ki, oğul Qəhrəmanovun SOCAR-a yolu məhz ata Qəhrəmanovun bu şirkətdə vəzifə tutmasından (2006-ci il, Emalın strateji inkişafı şöbəsinin rəisi) 2 il sonra açılıb.
“Neftçi”nin Müşahidə Şurasının üzvü kimi mətbuatda görünən ən böyük uğuru London “Çelsi”sinin bazasında olması və təəssüratlarını azərbaycanlı oxucularla bölüşməsi, həmçinin devalvasiyadan sonra"Neftçi"də baş verənləri, klubun üzləşdiyi problemləri, rus dilində olsa da, yazmasıdır.
Barəsində yayılan tənqidi informasiyalar, yazılar SOCAR-da tutduğu vəzifəyə görədir və reket jurnalistikasının qoxusu gəlir.

(ardı var)

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top