“Bir müddətdir bəzi sosial şəbəkələrdə klub rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədilirdi. İlk olaraq bu səhifələrlə əlaqə yaratdıq və izah etməyə çalışdıq ki, təhqir etmək çıxış yolu deyil”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun mətbuat katibi Mehman Rəsulov saytımıza açıqlamasında deyib
O, sözlərinə belə davam edib:
“Heç kim başqasını təhqir etmək hüququna malik deyil. Təhqirə yol verən şəxsi döymək bizim üslubumuz deyil, cavab olaraq söymək tərbiyyəsinin də sahibi deyilik. Yeganə və ən doğru yol məsələnin hüquqi müstəvidə həll olunmasıdır.
Biz məsələni ictimai əlaqələrimiz hesabına həll etməyə çalışdıq amma ortaya təhqir çıxandan sonra klubumuzda fəaliyyət göstərən təcrübəli hüquqşünasın müdaxiləsinə ehtiyac yarandı. Hər kəs ali qanunumuz qarşısında eynidir. Üstəlik milli mentalitetimiz var. Təhqirə təhqirlə cavab verməməklə yanaşı onu həzm etmək fikrimiz də yoxdu”
