Futbol

“Neftçi”nin lehinə penalti verirlər, amma bizə yox” – Elmar Baxşıyev

20.02.2021 , 22:59

Azərbaycan Premyer Liqasında XVI turun “Neftçi” – “Qəbələ” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Futbolda vurmayana vururlar. Məncə, ədalətli nəticə olmadı. Heç bir komandadan çəkinmirik. Öz dəst-xəttimiz var və bunu davam etdirəcəyik. Komandama inanıram. Sadəcə, qollarımız çatışmır. Qarşıdakı oyunlarda bu nöqsanı aradan qaldıracağıq. Bilirəm ki, hakimlik barədə soruşacaqsız. Ancaq özüm danışmaq istəyirəm. 16 tura hələ penalti vurmamışıq. İnanıram ki, hələ bundan sonra da vurmayacağıq. Hər oyun bizə qarşı antipatiya olur. Biz də istəmirik mübarizə epizodları dayansın. Ancaq görürsüz, “Neftçi”nin lehinə verirlər, amma bizə yox. Bəlkə də “Neftçi” rəhbərliyi, məşqçiləri hakimləri təzyiqdə saxlayır bilmirəm. Biz bunu etməyəcəyik. Komandamıza onların köməyi lazım deyil. Hər oyunda bizə qarşı hakim səhvləri olur. Əlbəttə, mən də səhv edirəm, komanda da edir. Ancaq görürük ki, hakimlərin bu səhvləri davam edir. Necə ki, biz nəticə çıxarırıq, hakimlər də çıxarmalıdı. Biz göstərəcəyik ki, “Qəbələ” yaşayır. Büdcəsi az olsa da, bütün komandalara qarşı meydanda özümüzü gstərəcəyik.

– Hakim sizə niyə tribunaya göndərdi?
– Mənə deyir ki, xətti tapdalamısan. Baxıram ki, 10 santimetr xətdən irəlidəyəm. Əgər buna da fikir verirlərsə, nə danışmaq olar. İlk dəqiqələrdən görünürdü ki, bir tərəfin xeyrinə qərar verir. Dediyim kimi, 16 tura penalti vurmayan komandayıq. İsttəmirik də. Varsa versinlər, yoxdusa verməsinlər.

– Belə çıxır ki, “Neftçi” qələbəni hakim hesabına qazandı?
– Rəqibi təbrik edirəm. Amma komandam meydanda futbol adına hər şeyi etdi.

Son yazılar

Yuxarı