“Neftçi”nin legioneri yığmaya dəvət aldı
12.03.2019 , 11:47

“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət alıb.
29 yaşlı yarımmüdafiəçi KONKAKAF Kubokunun seçmə mərhələsində Kuba ilə keçiriləcək görüş üçün yığmaya çağrılıb.
Sözügedən oyun martın 24-də baş tutacaq.
“Qarabağ”ın haitili futbolçusu Donald Gerye cəzalı durumda olduğu üçün dəvətlilər arasında yoxdur.
