Futbol

“Neftçi”nin legioneri qol vurdu, komandası Mərakeşə uduzdu – VİDEO

13.10.2021 , 10:26

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinin heyətində qol vurub.

Korner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunda fərqlənib.

Start heyətdə meydana çıxan Kane, 31-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Ancaq Qvineya yığması sonda 1:4 məğlub olub.

 

Son yazılar

Yuxarı