“Neftçi”nin legioneri milliyə çağırıldı
22.08.2023 , 15:08

“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub.
Korner.az klubun yaydığı məlumata istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yığmanın heyətində sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.
