“Neftçi”nin legioneri milliyə çağırıldı
06.09.2022 , 17:46

“Neftçi”nin futbolçusu Yeqor Boqomolski Belarus millisinə dəvət olunub.
Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu Millətlər Liqasında sentyabrın 22-də Qazaxıstan, 25-də Slovakiya ilə keçiriləcək matçlara çağırılıb.
Qeyd edək ki, Boqomolski Belarus milli komandasının heyətində 2 oyuna çıxıb.
