Çexiyanın “Slovan” klubu “Neftçi”də icarə müddəti başa çatan futbolçusu Zdenek Folpexti geri qaytarıb.
Korner.az-ın məlumatına görə, bu barədə Liberets komandasının baş məşqçisi İndrjix Trpişovski yerli mətbuata açıqlamasında məlumat verib.
O, 26 yaşlı yarımmüdafiəçinin yaxın vaxtlarda “Slovan”a qoşulacağını bildirib.
Qeyd edək ki, qışda icarə əsasında “Neftçi”yə cəlb olunan Zdenek Folprext Topaz Premyer Liqada 13 oyuna 1 qol vurub.
