“Neftçi”nin legioneri ilin ən yaxşısı adına namizədlər sırasında
21.12.2020 , 19:24

Konqoda 2020-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, 20 nəfərlik siyahıda “Neftçi”nin hücumçusu Prins İbara da var. Azarkeşlər arasında keçirilən səsvermə nəticəsinsə qalib müəyyənləşəcək.
Qeyd edək ki, 24 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında 7 oyunda 1 qol vurub.
