“Neftçi”nin keçmiş futbolçusu Nikolas Kanales Çilinin “Deportes Temuko” klubu ilə yollarını ayırıb.
32 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Kanales bu ilin yanvarından çıxış etdiyi “Deportes Temuko”da 19 oyuna 1 qol vurub. O, 2012-2013 və 2014-2015 mövsümlərində, eləcə də 2016-cı ildə “Neftçi”də çıxış edib.
