“Neftçi”nin kapitanı koronavirusa yoluxdu
20.11.2020 , 16:00

“Neftçi” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın kapitanı Emin Mahmudov koronavirusa yoluxub. Dünən COVİD-19 testi verən yarımmüdafiəçidə virus aşkarlanıb. O, karantinə alınıb.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 10-cu turunda noyabrın 22-də “Qəbələ”nin qonağı olacaq.
