“Neftçi”nin italyalısı tarixi debütə hazırdır
07.02.2019 , 13:46

“Neftçi” yeni transferi Canluka Sansoneni Peşəkar Futbol Liqasında sifariş verib.
İtaliyalı hücumçunun adı “ağ-qaralar”ın iştirak ərizəsində yer alıb. Baş məşqçi Roberto Bardin şans verəcəyi təqdirdə, o, Topaz Premyer Liqanın 16-cı turunda keçiriləcək “Keşlə” ilə matçda iştirak edəcək. Sansone “Neftçi”də debüt etsə, paytaxt klubunda oynayan ilk italiyalı kimi tarixə düşəcək.
“Neftçi” – “Keşlə” oyunu fevralın 10-u saat 16:30-da başlayacaq.
