“Neftçi” heç-heçə ilə başladı
10.01.2023 , 20:35
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama matçına çıxıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Vaşaş” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib..
“Vaşaş” Macarıstanın yüksək liqasında çıxış edir və hazırda yerli çempionatda 16 turdan sonra 15 xalla 12 komanda arasında sonuncudur.