Hazırda Avstriyada təlim-məşq toplanışında olan “Neftçi”nin ilk yoxlama oyunu keçirəcəyi rəqibi müəyyənləşib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Macarıstanın MTK klubu ilə qarşılaşacaq.
Görüş sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Əsası 1888-ci ildə qoyulmuş Budapeşt təmsilçisi 23 dəfə ölkə çempionatının qalibi olub. 12 dəfə Macarıstan kubokunu əldə etmiş komanda, kuboklar kubokunun finalına da yüksəlib. Hazırda MTK klubunun heyəti 3 futbolçu istisna olmaqla yerli oyunçulardan ibarətdir.
