“Neftçi”nin ilk oyununun başlama saatı açıqlandı
09.01.2023 , 22:47
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma saatı açıqlanıb.
Korner.az xəbər verir ki, Macarıstanın “Vaşaş” klubu ilə yanvarın 10-u baş tutacaq sınaq matçı Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. “Gloria Golf Club”un stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan komanda qardaş ölkədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.