Ölkə futbolu

“Neftçi”nin iki zədəlisi sıraya döndü

23.08.2018 , 11:16

“Neftçi” Topaz Premyer Liqasının 3-cü turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir.

Sözügedən komanda geridə qalan gündə doğma bazasında növbəti məşqinə çıxıb.

Hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyiblər. Əvəzində müalicəsini başa vuran Rəşad Eyubov və “Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov komanda ilə birlikdə hazırlaşıblar. Hazırlıq bu gün də bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 26-da “Azərsun Arena”da keçirəcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlanacaq.

Son yazılar

Yuxarı