19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək.
Korner.az-ın məlumatına görə, mayın 29-dan 31-dək Bakıda baş tutacaq hazırlıq prosesinə “Neftçi”nin yetirmələrindən 2 futbolçu dəvət olunub.
U-19-un baş məşqçisi Nazim Süleymanov “ağ-qaralar”dan Elvin Sərkərov və Kamran Nəcəfzadəyə dəvət göndərb.
