“Neftçi”nin hücumçusu milliyə çağırıldı
06.11.2022 , 13:57

“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.
Korner.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 13-dən 21-nə kimi BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Belarus millisi toplanış zamanı noyabrın 17-də Suriya, 20-də isə Oman yığma komandaları ilə qarşılaşacaq.
Boqomolski ölkəsinin milli komandasının heyətində 4 oyun keçirib.
