“Neftçi”nin hücumçusu koronavirusa yoluxdu
19.10.2020 , 14:46

“Neftçi”nin hücumçusu Prins İbara koronavirusa yoluxub.
24 yaşlı futbolçudan götürülən test nümunələrinin cavabları müsbət çıxıb. Bu barədə Konqo mətbuatı məlumat yayıb. Oyunçunun milli komandanın düşərgəsində COVID-19-a yoluxduğu bildirilib.
İbara bu yaydan “Neftçi”də oynayır.
