DÇ-2014-ün Asiya seçmə qrupunda bu gün keçirilən Özbəkistan – Qətər matçına "Neftçi"nin hücumçusu Bahodir Nasimov öz damğasını vurub.
Korner.az-ın məlumatına görə, ilk yarını 0:1 məğlub qapayan Nasimovun komandası ikinci yarıda rəqibinin qapısına 5 qol vuraraq 3 xalı qazanıb. Nasimov 60 və 74-cü dəqiqələrdə komandasının birinci və ücüncü qoluna imza atıb.
Lakin bu qələbə özbəklərə xal ehtiyatını artırmaqdan başqa heç nə verməyib. Çünki Nasimovun şərəfini qoruduğu Özbəkistan millisinin qrupunda ilk yeri tutan İran və ikinci pillədə qərarlaşan Cənubi Koreya DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanıb. Buna baxmayaraq "pley-off" oynamaq şansı qazanan özbəklər DÇ-ya getmək üçün əvvəlcə qrupun üçüncüsü Omana, daha sonra isə Cənubi Amerika zonasının beşinci ən yaxşı komandasına qalib gəlməlidir.