“Neftçi”nin haqqı necə tapdalanır? – Müdaxilə VAR (VİDEO)
07.03.2025 , 13:18

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi” səfərdə “Kəpəz”in qonağı olub.
Korner.az-ın məlumatına görə, qarşılaşma Gəncə klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə vurulan yeganə qol isə müzakirələrə yol açıb. Belə ki, Şevroni Mabatşoevin hesabı açdığı epizodda “Neftçi”nin qapıçısı Rza Cəfərova qarşı kobudluq etdiyi hakimlərin gözündən yayınıb.
Maraqlısı budur ki, VAR da bu epizoda ümumiyyətlə müdaxilə etməyib. Məhz bu qol “Neftçi”nin Tovuzdan xalsız qayıtmasına səbəb olub.
Həmin epizodu sizə təqdim edirik:
