Ölkə kubokunun ¼ final mərhələsinin ilk görüşündə ötən gün Zaqatalada “Simurq” la qarşılaşmada "Neftçi"nin hücumçusu Cavid İmamverdiyevin rəqib futbolçulay tüpürməsi və baş hakim tərəfindən qırmızı vərəqə alaraq meydandan qovulması haqda xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Böyükağa Hacıyev bu duruma əsəbləşərək, hücumçunu "Simurq"la oyundan sonra əvəzedici heyətə göndərib.