"Rəvan"la oyuna yalnız 3 xal qazanmaq üçün çıxmışdıq və buna da nail olduq. Biz ilk oyunda "Rəvan"a sırf təsadüf nəticəsində məğlub olmuşduq və bunun məntiqi nəticəsi kimi, rəqibin cavabını bu qələbəmizlə verdik."
Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Cavid İmmverdiyev deyib.
"Ağ-qaralar"ın gənc futbolçusu "Rəvan" üzərində qələbəni (2:0) şərh edərkən, qarşıdan gələn "Xəzər Lənkəran"la prinsipial oyuna da, toxunub:
"Xəzər Lənkəran"la oyunlara biz başqa cür motivasiya ilə hazırlaşırıq. Onlar bizim bu çempionatda əsas rəqiblərimizəndi. Səfərdə oynamağımıza baxmayaraq Lənkarandan da qələbə ilə qaydacağımızı düşünürəm. Özündən razılıq kimi çıxmasın, "Netçi"yə bu çempionatda rəqib yoxdu. İnşallah səfərdən 3 xalla qayıdıb, azarkeşlərimizi yenə sevindirəcəyik".
