"Heyətdə ikinci hücumçum olsaydı, meydana Elvini yox, onu buraxardım. Mahir zədəli olduğu üçün əvəzlənməsini istədi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" – "Rubin" oyunundan sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Flavinyo meydanda bu gün meydanda ən yaxşılardan idi. Onun kimi oyunu üzərinə götürə bilən futbolçu hər komandaya lazımdı. Yaxınlarda onu hansısa klubdan çağıracaqlarını eşitsəz, təəccüblənməyin. Cavid İmamverdiyevin zədələnəcəyini gözləmirdim. Cavid lazım olanda hücumçu kimi də oynaya bilir. Kanales hücumçu kimi tək qalıb. Gələn il "Neftçi"ni qrup mərhələsində görmək istəyirlərsə, dekabrda futbolçu transfer etməlidilər. Yayda mənə yeni oyunçu lazım olmayacaq. Uyğunlaşma üçün minimum 4-5 ay vaxt lazımdı. Rəşad Sadiqov kimi futbolçunun yetişməsi üçün uzun illər lazımdı. Bizə qalan sərçədi, qaranquşlar gəldi-gedərdilər, Rəşad hələ "Neftçi"yə tam uyğunlaşmayıb. Ehtiyat oyunçular skamyamızın kasad olmasının əsas günahkarı özüməm. Klubun prezidenti istisna olmaqla, həkimlər, rəsmilər məni ümidvar etdilər ki, Rodriginyo sağalacaq. Ancaq sağalmadı. Üstəlik, Cavid zədələndi", – deyə Hacıyev bildirib.
