“Neftçi”nin futbolçusuna Yunanıstandan təklif
29.01.2019 , 12:01

“Neftçi”nin müdafiəçisi Slavko Braliç karyerasını Yunanıstanın OFİ klubunda davam etdirə bilər.
Qış fasiləsində məşqçilər korpusunun qərarı ilə əvəzedici heyətə göndərilən xorvatiyalı futbolçu özü də sözügedən komandaya keçməkdə maraqlıdır. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
“Neftçi” bir neçə gün öncə OFİ klubundan yunanıstanlı yarımmüdafiəçi Vanqelis Platellası heyətinə qatıb. (gazzetta.gr)
