"Neftçi"nin gənc forvardı Cavid İmamverdiyev Türkiyənin üç klubundan təklif alıb. Korner.az-ın əldə etdiyi məlumata görə, Bank Asya Liqasında mübarizə aparan "Göztəpə", "Kayseri Erciyesspor" və "Boluspor" klubları İmamverdiyevi heyətinə qatmaqda maraqlıdır.
Lakin Cavid İmamverdiyevin "Neftçi" ilə müqaviləsi var. "Ağ qaralar"ın rəhbərliyinin də yerli futbolçular üçün xaricdə oynamaq imkanı yaratması gənc futbolçunun yolunu açan məqamlardandı.
Qeyd edək ki, futbolçunun meneceri Musa Qurbanov bu işi həll etmək üçün "Transfermarket" şirkətinə mandat verib və şirkətin nümayəndəsi iyunun 17-də Boluda Türkiyə klubları ilə danışıqları davam etdirəcək.
Məsələ ilə bağlı "Neftçi"ylə də müzakirələr aparılır. Cavidin transferində son nöqtə isə klub prezidenti Sadıq Sadıqovun qərarıyla qoyulmalıdır.
