Ebola virusunun Syerra Leonedə geniş yayılması sözügedən ölkənin millisini pis vəziyyətdə qoyub.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin aparıcı üzvü Julius Vobayın da şərəfini qoruduğu yığma yoxlama matçında təhqirlə üz-üzə qalıb.
Belə ki, səfərdə Kamerun seçməsiylə qarşılaşan Syerra-Leonenin futbolçuları hava limanında və stadionda tibbi testdən keçmək məcburiyyətində qalıblar. Bundan başqa, onlar üçün bomboş otel ayrılıb.
Hər şey bununla da bitməyib. Kamerunla oyundan əvvəl meydan sahibləri syerra leoneli oyunçulara əl uzatmaqdan imtina ediblər. Arenaya toplaşan fanatlar da qonaqlara təzyiq göstəriblər. Azarkeşlər onların əleyhinə “ebola, ebola” şüarları səsləndiriblər.(stadium.az)
