Bakının “İnter” komandası daha bir futbolçu ilə güclənib. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevski ilə də müqavilə bağlanıb. O, növbəti mövsüm ərzində komandanın şərəfini qoruyacaq. Georgiyevski ötən 2 mövsümü “Neftçi”də keçirib.
Qeyd edək ki, “İnter” klubu daha öncə gürcüstanlı hücumçu Georgi Adamiyanı sıralarına qatıb.
