Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Simurq” – “Neftçi” oyunundan sonra futbolçular arasında inisdent yaşanıb.
Korner.az-ın məlumatına görə,"Neftçi"nin futbolçusu Cavid İmamverdiyev oyundan sonra “Simurq”un futbolçusunun üzünə tüpürüb. Buna görə də oyunun baş həkimi Fariz Yusifov Cavidi qırmızı vərəqə ilə cəzalandırıb.