“Neftçi”nin futbolçusu oynadı, Gürcüstan heç-heçə etdi
29.03.2023 , 14:54
Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsində Norveçlə qarşılaşıb.
Korner.az xəbər verir ki, görüş qollu bərabərliklə başa çatıb – 1:1.
“Neftçi”nin müdafiəçisi Somolon Kvirkveliya da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sona qədər oynayıb.
“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili və “Sabah”ın hücumçusu Davit Volkov ehtiyatda qalıb.
