“Neftçi”nin futbolçusu milliyə dəvət edildi
22.05.2019 , 18:32

“Neftçi” klubunun yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub.
Bu barədə klubun rəsmi saytı məlumat verib. 22 yaşlı futbolçu iyunun 6-dək yığmanın təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, Mamadu Kane son mövsümün ikinci yarısından etibarən “Neftçi”nin heyətində 9 oyun keçirib.
