“Neftçi”nin futbolçusu milliyə dəvət aldı
21.05.2022 , 16:26

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
“Neftçi” klubunun üzvü Elvin Vəliyev düşərgəyə qoşulub.
