“Neftçi”nin futbolçusu milliyə çağırıldı
29.05.2024 , 12:57

“Neftçi”nin yarımmüdafiəçisi Alfa Konte Syerra Leone milli komandasına dəvət olunub.
Korner.az xəbər verir ki, 23 yaşlı futbolçu iyunun 5-də Cibuti, 10-da isə Burkina Faso yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.
Qeyd edək ki, Konte Syerra Leone milli komandasının heyətində 2 oyunda meydana çıxıb.
