“Neftçi” PFK-nın müdafiəçisi Georgi Navalovski Gürcüstan milli komandasının düşərgəsinə dəvət olunub.
Korner.az-ın məlumatına görə, 30 yaşlı futbolçu yoldaşlıq görüşü çərçivəsində Sent Kits və Nevis, dünya çempionatının seçmə mərhələsi çərçivəsində isə Moldova yığmalarına qarşı oyunlarda çıxış edə bilər.
Sent Kits və Nevislə görüş iyunun 7-də Tbilisidə, Moldova ilə matç isə ayın 11-də Kişinyovda keçiriləcək.
