“Neftçi”nin futbolçusu koronavirusa yoluxdu
22.11.2020 , 20:57

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə keçirilən oyundan (4:1) sonra deyib.
O, Azərbaycan millisinin düşərgəsindən qayıdan Abbasovun testinin pozitiv çıxdığını açıqlayıb.
