“Neftçi”nin futbolçusu Kipr klubunda
23.01.2023 , 15:45
“Neftçi”nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirəcək.
Korner.az xəbər verir ki, qanalı forvard “Apollon”la razılaşıb. Bu barədə Limassol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvardla müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Donyo 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edirdi.