Afrika Millətlər Kubokunun seçmə mərhələsi davam edir.
Korner.az-ın məlumatına görə, "Neftçi"nin yarımmüdafiəçisi Julius Vobayın şərəfini qoruduğu Sierra-Leone yığması Kamerunu qəbul edib.
0:0 hesablı bərabərliklə başa çatan oyuna start heyətində başlayan Vobay, 90+1-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, Sierra-Leone yığması 4 oyundan topladığı 2 xalla sonuncu pillədə yer alıb.
