Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Albaniyanın “Skenderbreu” klubu ilə qarşılaşacaq.
“Ağ-qaralar”ın futbolçusu Nicat Qurbanov Korner.az-a püşkü dəyərləndirib.
Mövsümü icarə əsasında “Simurq”da keçirən və “Neftçi”nin istəyi ilə komandaya dönən gənc futbolçu albanlarla oyunöncəsi iddialı danışıb:
“Bu oyuna ciddi hazırlaşırıq. Bizim üçün rəqibin kimliyi önəmli deyil. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. İlk oyunu evdə oynamağımızın fərqi yoxdu. Məqsədimiz elə ilk oyundaca cütün taleyini həll etməkdi”.