“Neftçi”nin futbolçusu ilk dəfə milliyə çağırıldı
28.10.2020 , 18:06

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, 23 yaşlı futbolçu Afrika Millətlər Kubokunda Çad yığması ilə oyunlar üçün yığmaya çağırılıb.
2018-ci ildən “Neftçi”də oynayan Kane ilk dəfə əsas milliyə dəvət alıb. O, buna qədər U-23 millisinə çağırılıb.
Qvineya Çad millisi ilə noyabrın 11-də və 15-də qarşılaşacaq.
